İspaniyanın 2-ci Liqasında yarışan "Tenerife" klubunun futbolçusu Xesus de Migel vəfat edib.
Newsport.az xəbər verir ki, məlumatı Sequnda təmsilçisinin rəsmi saytı paylaşıb.
Dünən "Andorra" ilə matçda rəqib qapıçı ilə toqquşan 30 yaşlı hücumçu xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Forvardın qolkiper Xesus Ovono ilə toqquşma zamanı ürək nahiyəsindən aldığı ağır zədəyə görə dünyasını dəyişdiyi ehtimal edilir.