Futbolçunun ölümünə görə İspaniyada oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) 3 noyabr tarixinə planlaşdırılan bütün oyunları ləğv etmək qərarına gəlib.

Newsport.az xəbər verir ki, bu qərar "Tenerife"nin 30 yaşlı hücumçusu Xesus de Migelin vəfatı ilə əlaqədardır.

Oyunların təxirə salınması İspaniya Kral Kubokunun (Copa del Rey) I mərhələsinin və qadınlar arasında milli kubokun III mərhələsinin qarşılaşmalarına şamil olunur. Bundan əlavə, İspaniya gənclər yığması ilə Yaponiya yığması arasındakı oyunla bağlı nəzərdə tutulan rəsmi təqdimat da təxirə salınıb. Federasiya bu qarşılaşmalar üçün yeni tarix və vaxtları daha sonra açıqlayacaq.

De Migel "Andorra" klubunun qapıçısı Xesus Ovono ilə toqquşmadan sonra dünyasını dəyişib. Futbolçu təcili olaraq xəstəxanaya çatdırılsa da, tibb işçiləri onun həyatını xilas edə bilməyiblər.

RFEF prezidenti Rafael Lusan bildirib ki, oyunların ləğv edilməsi futbolçunun ailəsinə və "Tenerife" klubuna dəstək məqsədi daşıyır.

Bundan əlavə, UEFA bu həftə öz bayrağı altında keçiriləcək bütün oyunlardan əvvəl mərhum futbolçunun xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right