Messi dünyasını dəyişən futbolçuya görə başsağlığı verdi

“Tenerife”nin hücumçusu Xesus de Migelin faciəvi ölümü futbol ictimaiyyətində böyük kədərlə qarşılanıb.

Newsport.az xəbər verir ki, çoxsaylı başsağlığı mesajları arasında “İnter Mayami”nin ulduzu Lionel Messinin paylaşımı da diqqət çəkib.

Argentina millisinin hücumçusu sosial şəbəkə hesabında 30 yaşında vəfat edən həmkarının ailəsinə və yaxınlarına başsağlığı verib:

“Mənim başsağlığım bütün ailəsinə və yaxınlarına. Hüzur içində yat”.

Qeyd edək ki, faciə İspaniya Sequndasının 12-ci turunda keçirilən “Tenerife” – “Andorra” matçından sonra baş verib. Görüş zamanı qapıçı Xesus Ovono ilə toqquşaraq huşunu itirən və ürəyi dayanan de Migel dərhal xəstəxanaya çatdırılsa da, noyabrın 3-də vəfat edib.

Hadisənin təfərrüatları İspaniya polisi tərəfindən araşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right