“Fənərbaxça” baş məşqçi postuna namizədlərdən biri olan Serjio Konseysaonun təyinatından imtina edib.
Newsport.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir müddət əvvəl komandaya yeni çalışdırıcı axtarışına başlamışdı. Namizədlər arasında “Milan” və “Əl-İttihad”da çalışmış portuqaliyalı mütəxəssis də yer alırdı. Tərəflər hətta danışıqlar aparsalar da, sonradan klub onun namizədliyindən imtina etmək qərarına gəlib.
“Fənərbaxça” keçmiş baş məşçisi İsmayıl Kartalın istefasını qəbul etdikdən sonra həmin postu müvəqqəti olaraq Dirk Kuyta həvalə edib. Niderland millisinin və “Fənərbaxça”nın sabiq hücumçusu olan Kuyt daimi baş məşqçi təyin olunana qədər komandanı çalışdıracaq.