Flik: “Biz fəxr edirik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Aston Villa” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının müdafiə oyunundan razı qaldığını bildirib. O, xüsusilə, qapılarını toxunulmaz saxlamalarını müsbət qiymətləndirib:

“Çox güclü rəqibə qarşı müdafiədə necə oynadığımızdan razıyam. Kompakt müdafiə olunurduq və bütün futbolçular bu prosesdə iştirak edirdi. Ən vacib məqam da budur.

Biz fəxr edirik. Çox yaxşı nəticədir, amma inkişafa davam etməliyik”.

“Barselona”nın qələbəsini Lamin Yamal və dubl müəllifi olan Rafinya təmin edib. Kataloniya təmsilçisi Çempionlar Liqasında 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala sahib “Aston Villa” üçüncüdür.

Flikin komandası Çempionlar Liqasının 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right