“Əl-Hilal” “Barselona”nın planını poza bilər

“Əl-Hilal” hazırda “Əl-Nəsr”də çıxış edən hücumçu Joao Feliksi Səudiyyə Ərəbistanında saxlamaqla “Barselona”nın onu geri qaytarmaq planlarına mane ola bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 26 yaşlı futbolçunun ölkədə qalmasında maraqlıdır və onun gələcəyi ilə bağlı vəziyyəti yaxından izləyir.

Daha əvvəl “Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona”nın prezidenti Xuan Laportanın portuqaliyalı hücumçunu yenidən komandada görmək istədiyi bildirilmişdi. Feliks 2023-2024-cü illərdə Kataloniya təmsilçisində çıxış edib. O, hazırda Kriştiano Ronaldo ilə birlikdə “Əl-Nəsr”də forma geyinir. Bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 10 oyuna çıxan futbolçu 3 qol vurub və 7 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right