"Barselona" "Atletiko" ilə oyuna ciddi itki ilə çıxa bilər

"Barselona"nın heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Rodri sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Aston Villa" ilə matçında (3:0) zədələnib.

30 yaşlı futbolçu baldır əzələsindən zədə alıb. Təcrübəli dayaq yarımmüdafiəçisi La Liqanın XII turunun "Atletiko" ilə oyununa buraxa bilər. Qarşılaşma 9 noyabr tarixində keçiriləcək və Bakı  vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, "Barselona" Rodrini mövsümün əvvəlində "Mançester Siti"dən 60 milyon avroya transfer edib. İspaniya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right