MÜHÜM XƏBƏR: İki klub Qarabağ bölgəsinə köçür

Xankəndi tezliklə ölkə çempionatının oyununa ev sahibliyi edəcək.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, adıçəkilən şəhərin stadionu birdən-birə iki matça qucaq açmağa hazırlaşır. Son anda plan dəyişməsə, I Liqanın səkkizinci turunun qarşılaşmaları burada təşkil olunacaq.

Söhbət noyabrın 9-10-u aralığında keçiriləcək matçlardan gedir.

Belə ki, “Xankəndi“ və MOİK rəqiblərini Qarabağ bölgəsində qonaqlayacaq. Çempionatın debütantı “Karvan“la üz-üzə gələcəksə, ordu təmsilçisi “Səbail“in önünə çıxacaq.

Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev də açıqlama verib ki, Birinci Liqada çıxış edən iki klubun ev oyunlarını Xankəndi stadionunda keçirmək məsələsi gündəmdədir.

PFL rəsmisi bölgənin eyniadlı təmsilçisi ilə MOİK-in də ev oyunlarını bu şəhərdə keçirə biləcəyini söyləyib.

“Həm “Xankəndi”, həm də MOİK-in ev oyunlarını Xankəndi şəhər stadionunda keçirməsi ilə bağlı müqaviləsi mövcuddur.

Peşəkar Futbol Liqası arenanın balansında olduğu Gənclər və İdman Nazirliyi ilə daim əlaqədədir. Məsələ ilə bağlı əlavə bilgi olduğu halda, ictimaiyyətə məlumat veriləcək”.

MOİK ev oyunlarını Binə qəsəbə stadionunda, “Xankəndi” isə Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right