UEFA Gənclər Liqası: "Qarabağ" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı Yenilənib

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxıb.

Newsport.az xəbər verir ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub. Matç Xorvatiya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qolları Benkotiç (24), Trupçeviç (34), Bojkov (38, 45+3), Ban (45+1), Teymurov (54, avtoqol) və Radiç (76) vurublar. Bununla da Ağdam təmsilçisi turnirlə vidalaşıb.

Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada da "Qarabağ" rəqibinə uduzub - 1:2. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right