Fati üçün 2026-cı il erkən başa çatdı

"Monako"nun futbolçusu Ansu Fati növbəti zədəsi səbəbindən 2026-cı ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.

Newsport.az xəbər verir ki, ispaniyalı vinger oktyabrın sonlarında "Lill"lə heç-heçə ilə başa çatan oyunda bud əzələsindən zədə alıb.

Baş məşqçi Filipe Luis Fatinin sağalma prosesinin uzun çəkəcəyini təsdiqləyib. O bildirib ki, 24 yaşlı oyunçunun vəziyyətinə gələn ilin yanvarında yenidən baxılacaq. Bu isə o deməkdir ki, onun 2027-ci ildən əvvəl meydana qayıtması mümkün deyil.

Qeyd edək ki, "Monako" Ansu Fatini 2025-ci ilin yayında "Barselona"dan transfer edib. İspaniya millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right