Çempionlar Liqasının IV turunda keçirilən “Vikinq” (Norveç) – “Sabah” oyununun ən yaxşı futbolçusu məlum olub.
Newsport.az xəbər verir ki, mükafatı Stavanger təmsilçisinin hücumçusu Erik Botheym qazanıb. O, 4:1 hesabıyla bitən matçda dubl edib.
“Sabah” turnirdə 3 xalla 33-cü, “Vikinq” isə 4 xalla 22-cidir.