“Liverpul”un vingeri Bredli Barkola PSJ-dən Mersisayd təmsilçisinə keçidi barədə danışıb. O, yay transfer dönəmində Paris klubundan ayrılaraq “qırmızılar”a qoşulub.
Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, fransalı futbolçu PSJ-dən ayrılmaq üçün doğru zaman olduğunu düşündüyünü bildirib:
“PSJ-dən ayrılmaq üçün doğru zaman olduğunu düşündüm. Orada çox gözəl illər keçirdim və çoxlu titullar qazandım. Ancaq artıq ayrılmağın vaxtı çatmışdı. Bu, çətin idi, amma futbol belədir. “Liverpul”a keçmək barədə heç bir şübhəm yox idi. Bura gəlməli olduğuma əmin idim”.
Barkola “Liverpul”un heyətində bütün turnirlər nəzərə alınmaqla 12 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.