Nvaçukvu: “Bu oyundan dərs çıxarmalıyıq”

“Sabah”ın futbolçusu Kristian Nvaçukvu Çempionlar Liqasında “Vikinq”ə uduzduqları görüşü şərh edib.

Newsport.az UEFA-ya istinadən xəbər verir ki, vinger 1:4 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Çətin matç olacağını bilirdik. “Vikinq” əlinə düşən şanslardan maksimum yararlandı. Biz isə fürsətlərimizi boşa verdik. Bu oyundan dərs çıxarmalıyıq.

Düşünürəm ki, indi bütün diqqətimizi növbəti matça verməliyik. Bu görüşü mütləq təhlil edəcəyik və nələri düzgün etmədiyimizə baxacağıq”.

“Sabah” Çempionlar Liqasında 4 xalla 33-cü sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right