"Çempionlar Liqasında rəqabət səviyyəsi tamamilə fərqlidir" - Valdas Dambrauskas

UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah" bu gün 4-cü tur oyununu keçirib.Azərbaycan çempionu Norveçdə "Vikinq"in qonağı olub. Matç təmsilçimizin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Newsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:

“Çempionlar Liqasında hər qarşılaşma öz çətinliyi ilə seçilir. Biz Norveçə ciddi hazırlıq keçərək gəlmişdik. İlk hissədə meydanda bərabər səviyyəli mübarizə getdi və hər iki komanda yaratdığı qol imkanlarından istifadə etməyi bacardı. Fasilədən sonra isə oyun daha açıq xarakter aldı. Rəqib xüsusilə təkbətək mübarizələrdə üstünlük nümayiş etdirdi. Bu səviyyəli qarşılaşmalarda oyunun sürətinə və tempinə uyğunlaşmaq olduqca vacibdir.

Təəssüf ki, qapımızda gördüyümüz qol sonda məğlubiyyətimizə səbəb oldu. Halbuki, azlıqda qalmağımıza baxmayaraq, meydanda yaxşı mübarizə aparırdıq. Daha əvvəl də qeyd etdiyim kimi, Çempionlar Liqasında rəqabət səviyyəsi tamamilə fərqlidir. Bu cür qarşılaşmalarda ən kiçik səhv belə qolla nəticələnə bilər”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right