Rafinya daha 4 il “Barselona”da RƏSMİ

“Barselona” Rafinyanın klubdakı gələcəyini rəsmiləşdirib.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi 29 yaşlı hücumçunun müqaviləsinin müddətini artırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliya milli komandasının üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

“Barselona” Rafinyanı 2022-ci ilin yayında “Lids”dən 58 milyon avroya transfer edib. Kapitan cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right