“Arsenal” “Leyptsiq”in vingeri Antonio Nusanı transfer etmək istəyir. “Topçular” 21 yaşlı futbolçunun keçidini reallaşdıra biləcəklərinə əmindirlər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu norveçli oyunçuya ciddi maraq göstərir və onun transferi üçün təxminən 54 milyon avro ödəməyə hazırdır. Bununla belə, Nusanın xidmətində Avropanın digər klubları da maraqlıdır.
Vinger bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.
“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.