“Leyptsiq”in müdafiəçisi Kastello Lukeba karyerasını “Barselona”da davam etdirmək istəyir.
Newsport.az “Diario Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu agentini dəyişib. O, bundan sonra “Barselona”nın müdafiəçisi Jül Kunde ilə əməkdaşlıq edən agentlə çalışacaq. İddia olunur ki, həmin agent 10 gün əvvəl Kataloniya təmsilçisinin idman direktoru Deku ilə görüşüb.
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona” Lukebanın komandaya qoşulmaq istəyindən xəbərdardır. Müdafiəçi klubun transfer siyahısında yer alsa da, onunla bağlı hələlik yekun qərar verilməyib.
Fransalı futbolçu bu mövsüm bütün turnirlərdə 11 oyunda meydana çıxıb.