Braziliya klubu Alissonun transferini gözdən keçirir

“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker karyerasını vətənində davam etdirə bilər.

Newsport.az “Sport Witness”-ə istinadən xəbər verir ki, “Flamenqo” rəhbərliyi gələn yay 34 yaşlı qapıçını heyətinə qatmaq variantını nəzərdən keçirir. Alisson mersisaydlılarla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacağı üçün Braziliya klubuna azad agent kimi keçə bilər.

Braziliyalı qolkiper 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

O, bu mövsüm İngiltərə çempionatında 9 oyunda meydana çıxıb və qapısından 9 qol buraxıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right