“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqası çərçivəsində “Leyptsiq”ə qarşı keçirilən oyunda (3:2) Canluici Donnarummanın yol verdiyi səhvlə bağlı fikirlərini bölüşüb.
İtaliyalı qapıçı 49-cu dəqiqədə ciddi səhvə yol verərək, meydan sahiblərinin hesabı bərabərləşdirməsinə (1:1) şərait yaradıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi bunu deyib:
“Bu, narahatlıq doğuracaq məsələ deyil, sadəcə bir səhvdir. Donnarumma da bunu qəbul edir. O, səhv etdiyinin fərqindədir. 48 saatdan sonra “Nottingem Forest”lə səfər oyunumuz var və bütün diqqətimizi buna yönəltməliyik. Bundan sonra milli komandaların oyunları ilə əlaqədar fasilə olacaq, o zaman hər şeyi ətraflı təhlil edəcəyik”.
“Leyptsiq”lə qarşılaşmada “şəhərlilər”in qələbə qolunu 78-ci dəqiqədə Erlinq Haland vurub.