AMADA-dan növbəti seminar

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dörd idman federasiyasının nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edib.

Newsport.az xəbər verir ki, interaktiv formatda keçirilən seminarlara Güləş, Taekvondo, Qılıncoynatma və Üzgüçülük federasiyalarının idmançıları qatılıblar.

Təlimlər zamanı iştirakçılara qadağan olunmuş maddələrin siyahısı, dopinq nəzarəti prosedurları, habelə idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib. Həmçinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsindəki əsas yeniliklər izah olunub, idmançıların sualları cavablandırılıb.

Seminarların əsas məqsədi idmançılar arasında antidopinq haqqında məlumatlılığı artırmaq, qadağan olunmuş vasitələrin istifadəsinin qarşısını almaq və təmiz idman prinsiplərini təşviq etməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right