300-dən çox cüdoçu gücünü sınadı

Abşeron Olimpiya İdman Kompleksi cüdoçuların növbəti kəmər imtahanına ev sahibliyi edib.

Newsport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçirilən rəsmi sınaq prosesində 302 cüdoçu gücünü sınayıb.

İştirakçılar yaş kateqoriyalarına əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər. Müəyyən olunmuş normativləri uğurla verən idmançılara yeni kəmərləri və sertifikatları təqdim edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right