“DH Volley” CEV Çelenc Kubokunda 1/16 finala yüksəldi

Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib.

Newsport.az xəbər verir ki, 1/32 finalın cavab matçında Danimarkanın “Holte IF” kollektivini qəbul edən Azərbaycan təmsilçisi 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbə qazanaraq adını növbəti raunda yazdırıb.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında gerçəkləşib.

Xatırladaq ki, komandalar arasında ilk matçda “DH Volley” rəqibini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti mərhələdə Polşanın LKS klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right