“Barselona” keçmiş futbolçusunun satışından pul qazanacaq

Hazırda “Palmeyras”da çıxış edən “Barselona”nın sabiq hücumçusu Vitor Roke karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Everton” braziliyalı futbolçunun xidmətində maraqlıdır.

“Barselona” Rokeni satarkən onun transfer hüquqlarının 20 faizini özündə saxlayıb. “Everton”un 21 yaşlı hücumçunu təxminən 50 milyon avroya transfer edəcəyi bildirilir. Bu baş tutarsa, Kataloniya təmsilçisi 10 milyon avro əldə edəcək.

Vitor Roke 2024-2025-ci illərdə “Barselona”da çıxış edib. O, kataloniyalıların heyətində 16 oyunda meydana çıxıb və 2 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 38 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right