“Liverpul”un marağı “Çelsi”ni hərəkətə keçirib

“Çelsi” rəhbərliyi komandanın müdafiəçisi Levi Kolvillə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlamağa hazırdır.

Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, London təmsilçisi müdafiəçisinə yeni sözləşmə təklif etməyi planlaşdırır. “Liverpul”un 23 yaşlı futbolçuya artan marağı fonunda bu məsələ “Çelsi” üçün prioritet hesab olunur.

İngiltərəli futbolçu bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 10 oyunda meydana çıxıb. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı Kolvillin bazar dəyərini 50 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right