Gimnastlarımızdan dünya çempionatında gümüş medal

Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Çinin Nankin şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər.

Newsport.az xəbər verir ki, Tofiq Əliyev fərdi yarışda, Selcan Mahsudova və Maqsud Mahsudov ikili mübarizədə  gümüş medal qazanıb.

Əliyev final mərhələsində 29,700, Mahsudovlar dueti isə qarışıq sinxron proqramının finalında 52,010 xal toplayıblar.

Selcan və Maqsud qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right