Qanalı futbolçu PSJ və “Arsenal”ın “radar”ındadır

Danimarkanın “Norşelland” komandasının yarımmüdafiəçisi Prins Amoako Junior Avropanın iki klubunun diqqətini çəkib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ və “Arsenal”ın skautları 19 yaşlı qanalı futbolçunun çıxışını yaxından izləyirlər. Oyunçunun texniki bacarıqları və fiziki göstəriciləri xüsusilə, PSJ-nin marağına səbəb olub. Lakin Paris klubu onun transferi ilə bağlı hələlik rəsmi addım atmayıb.

Prins Amoako Junior 2025-ci ilin fevralından “Norşelland”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right