“Bornmut”un yarımmüdafiəçisi Markus Tavernye karyerasında yüksəliş edə bilər.
Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Mançester təmsilçisi orta sahəni gücləndirməyi planlaşdırır. “Arsenal” və “Nyukasl” da Tavernyenin çıxışını izləyir.
“Mançester Yunayted”in ingiltərəli futbolçu ilə bağlı planları baş məşqçi dəyişikliyi səbəbindən dəyişə bilər. Transfer məsələsində son qərarı komandaya rəhbərlik edəcək yeni mütəxəssis verəcək.
Tavernye bu mövsüm bütün turnirlərdə 15 oyunda iştirak edib və 6 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.