“Bayern”in idman direktoru Maks Eberl milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin Harri Keyn üçün faydalı olacağını düşünür. İngilis hücumçu artıq dörd oyundur ki, qol vura bilmir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Eberl, futbolçunun son günlərdə emosional baxımdan gərgin dövr keçirdiyini bildirib:
“Düşünürəm ki, son iki həftə Keyn üçün olduqca emosional keçdi. O, çox şey yaşadı. İngiltərəyə səfər hazırda ona yaxşı təsir edəcək. Orada da ona böyük ehtiram göstəriləcək. O, meydana çıxsa, İngiltərə millisinin heyətində ən çox oyun keçirən futbolçu kimi təkbaşına rekord qıracaq. Keyn hazırda bu göstəricidə qapıçı Piter Şiltonla eyni mövqedədir. Hər ikisi 125 oyun keçirib. Lakin bundan sonra o, yenidən sadəcə Harri Keynə, bizim “9 nömrə”mizə çevriləcək. Geri qayıdacaq və yenidən komandamız üçün qollar vurmağa başlayacaq”.
33 yaşlı futbolçu bu yaxınlarda “qızıl top” mükafatına layiq görülüb.