Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb.
Newsport.az xəbər verir ki, noyabrın 8-də Füzuli Beynəlxalq Hava Limanına enən Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
Səfər proqramı çərçivəsində Şuşa şəhərində Türkiyə Prezidentinin təntənəli rəsmi qarşılanma mərasimi təşkil olunub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyev ali qonağı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisinin raportundan sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının önündən keçib. Mərasim çərçibəsində rəsmi nümayəndə heyətlərini təqdim edilib və birgə xatirə fotosu çəkdirilib.