İspaniya La Liqası: “Barselona” “Atletiko”ya qalib gəldi

İspaniya La Liqasında XII turun oyunları yekunlaşıb.

Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Atletiko” (Madrid) “Barselona”nı qəbul edib. Gərgin və dramatik keçən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri Culiano Simeonenin qolu ilə hesabı açsalar da, kataloniyalılar Fermin Lopesin dublu sayəsində geridönüş edərək vacib 3 xalı aktivlərinə yazdırıblar.

“Real Betis” səfərdə “Elçe”yə şans verməyib – 2:0. Qonaqların qollarını matçın son dəqiqələrində Rodriqo Rikelme və Mark Bartra vurublar. “Vilyarreal” evdə “Xetafe”ni eyni hesabla məğlub edib – 2:0.

Qeydə alınan nəticələr:

İspaniya La Liqası

XII tur

Elçe – Real Betis 0:2

Qollar: Rodriqo Rikelme, 81, Mark Bartra, 89

Real Sosyedad – Rayo Valyekano 1:0

Selta (Viqo) – Levante 0:0

Vilyarreal – Xetafe 2:0

Qollar: Tacon Bukiçan, 80, Karlos Romero, 90+1

Atletiko (Madrid) – Barselona 1:2

Qollar: Culiano Simeone, 10 – Fermin Lopes, 45, 66





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right