“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik tez-tez tənqidlərə məruz qalan müdafiəçi Dioqo Dalotun çıxışını dəyərləndirib.
“Qırmızı şeytanlar” dünən “Aston Villa” ilə qarşılaşmada müdafiədə növbəti dəfə inamsız təsir bağışlayıb və qapısından 4 qol buraxıb. Oyunun ikinci hissəsinin əvvəlində Dalot öz cərimə meydançasında qaydaları pozub. Rəqibin yarımmüdafiəçisi Con Makqinn isə təyin olunan penaltini dəqiq yerinə yetirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrik, portuqaliyalı futbolçunun komandaya verdiyi töhfəni yüksək qiymətləndirib:
“Dalotu və onun komandamızın oyununa verdiyi töhfəni bəyənirəm. O, meydanda bütün gücünü ortaya qoyur, müxtəlif mövqelərdə oynamağı bacarır, müdafiənin sol cinahını da bağlayır və komandanın ümumi maraqları naminə əlindən gələni edir”.
Matçın 66-cı dəqiqəsində Dalot Patrik Dorqu ilə əvəzlənib. Məhz sonuncunun matçın sonlarında vurduğu qol “Mançester Yunayted”i məğlubiyyətdən xilas edib – 4:4.