Çin klubu "Zirə"nin müdafiəçisini istəyir

"Zirə"nin müdafiəçisi Anj Mutsinzinin xidmətində bir neçə klub maraqlıdır.

Newsport.az saytına verilən məlumata görə, ruandalı futbolçu Çinin “Şanxay Şenhua”nın maraq dairəsindədir.

Çinlilər qışda Mutsinzinin transferi üçün danışıqlara başlayacaq.

Ruanda millisinin üzvünün "Zirə" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

28 yaşlı futbolçu "Rayon Sports", "Trofense", "Yerv" klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right