Sabiq futbolçu Ter Ştegeni milli komandaya layiq görmür

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Hamann, “Ayaks”da çıxış edən qapıçı Mark-Andre ter Ştegenin yığmaya dəvət edilməsinə münasibət bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu bu qərarla razılaşmadığını deyib:

“Mark-Andre ter Ştegenin bu dəvətə nə ilə layiq görüldüyünü başa düşmürəm. O, milli komandada ən yaxşı oyununu nümayiş etdirməyib. Yurgen Klopp (millinin baş məşqçisi) onu niyə əsas qapıçı seçdi? Çünki artıq Manuel Noyer və ya Oliver Kan kimi qapıçılarımız yoxdur. Məncə, Ter Ştegen buna layiq deyil”.

Almaniya millisi noyabrın 13-də Serbiya, 16-da isə Niderland yığması ilə qarşılaşacaq. Ter Ştegenlə yanaşı, Aleksander Nübel və Yonas Urbiq də yığmaya dəvət alıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right