“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa” ilə qarşılaşmada məğlubiyyətdən son anda xilas olub – 4:4.
Maykl Karrikin rəhbərlik etdiyi komanda Coşua Zirkzenin 92-ci, Patrik Dorqunun isə 96-cı dəqiqədə vurduğu qollar sayəsində heç-heçəyə nail olub. Bununla belə, “qırmızı şeytanlar” növbəti antirekorddan qaça bilməyib.
Newsport.az BBC-yə istinadən xəbər verir ki, “Mançester Yunayted” 40 ildən sonra ilk dəfə – 1986/87 mövsümündən bəri çempionatın ilk 10 turunda qapısını toxunulmaz saxlaya bilməyib. Beləliklə, komanda bu müddətdə heç bir oyunda qapısından qol buraxmadan meydanı tərk etməyib.
“Mançester Yunayted” hazırda 8 xalla Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komandanın hesabında cəmi bir qələbə var. “Qırmızı şeytanlar” noyabrın 22-də “Liverpul”la qarşılaşacaq.