Kiprdə futbol üzrə Superliqanın 9-cu turunun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, azərbaycanlı cinah hücumçusu Murad Məmmədovun formasını geyindiyi “Pafos” doğma meydanda “Omoniya 29 May”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Murad Məmmədov görüşün 59-cu dəqiqəsində, komandasının hesabdakı üstünlüyü 4:0 olarkən meydana daxil olub.
Qeyd edək ki, “Pafos” 9 turdan sonra 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.