Fransa Liqa 1-də X turun növbəti oyunları baş tutub.
Newsport.az xəbər verir ki, turun mərkəzi matçlarından birində “Marsel” səfərdə “Lans”ın qonağı olub. Gərgin keçən görüşdə qonaqlar 2:1 hesablı vacib qələbə qazanıblar. “Lill” səfərdə “Renn”ə 2:1 hesabı ilə qalib gəlib.
“Brest” doğma divarlar arasında “Lion”u qəbul edib və rəqibini iki cavabsız qolla məğlub edərək sensasiyaya imza atıb – 2:0. Meydan sahiblərinin qollarını Noa Ecuma və Ludovik Ayork vurublar.
Qeydə alınan nəticələr:
Fransa Liqa 1
X tur
Renn – Lill 1:2
Qollar: Bulaye Dia, 31 – Soriba Diatun, 24, Natan Nqoy, 68
Anje – Nitsa 0:2
Qollar: Sofian Diop, 2, Conatan Kloss, 78
Havr – Loryan 0:2
Qollar: İsaak Ture, 18, Jan Viktor Makenqo, 90+5
Le Man – Monako 1:1
Qollar: Ervan Kolas, 90 – Mamadu Kulibali, 40
Brest – Lion 2:0
Qollar: Noa Ecuma, 22, Ludovik Ayork, 90+4 (pen.)
Lans – Marsel 1:2
Qollar: Florian Toven, 20 – Amine Quiri, 2, Keylian Abdallah, 82