Raul aşağı liqa komandasının baş məşqçisi ola bilər

“Real”ın sabiq futbolçusu Raul Qonsales “Ovyedo”nun baş məşqçisi təyin oluna bilər.

Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis “Real”dan ayrıldıqdan sonra işsizdir. O, altı il ərzində paytaxt klubunun ikinci komandası olan “Kastilya”ya rəhbərlik edib.

Raul “Ovyedo”nun baş məşqçi postuna namizədlərdən biridir. Klubun prezidentinin sabiq hücumçunun böyük pərəstişkarı olduğu bildirilir.

“Ovyedo” cari mövsümdə Sequndada uğurlu çıxış etmir. Komanda 13 turdan sonra topladığı 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

“Ovyedo” ötən mövsüm La Liqada sonuncu yeri tutaraq aşağı liqaya düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right