Azərbaycan karateçilərindən Gürcüstanda yeddi medal

Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open 2026 – Grand Prix” beynəlxalq turnirində yeddi medal qazanıblar.

Newsport.az xəbər verir ki, yığmamız komanda hesabında üçüncü yeri tutub.

“Fullkontakt şinkyokuşin karate” üslubu üzrə təşkil olunan yarışda 12 ölkədən yeniyetmə, gənc və böyük yaş qrupları üzrə idmançılar mübarizə aparıblar.

Yığma yarışı bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.

Böyüklər arasında Səlahət Həsənov (80 kq) qızıl, Əliqismət Həsənov və Emin İsmayıllı isə (hər ikisi 70 kq) üçüncü yeri tutublar.

Qadınların yarışında Solmaz Zeynallı (60 kq) gümüş mükafata sahib olub.

14 yaşadək idmançılar arasında Kənan Həkimzadə (45 kq) ikinci, Məhəmməd Əliyev (50 kq) isə üçüncü olub. 18 yaşadək idmançıların mübarizəsində Zəhra Kərimova (55 kq) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right