“Kristal Pelas” baş məşqçisi ilə yollarını ayırır

“Kristal Pelas” rəhbərliyi baş məşqçi Pyer Sajla yolları ayırmağı planlaşdırır. Buna səbəb komandanın Premyer Liqanın son turunda doğma meydanda “Liverpul”a 1:3 hesabı ilə məğlub olmasıdır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin nümayəndələri artıq bir neçə mütəxəssislə əlaqə saxlayıblar. Namizədlər arasında hazırda işsiz olan tanınmış məşqçilər Tomas Frank və Şon Dayç da var.

Tomas Frank bu ilin fevralında “Tottenhem”dən ayrıldıqdan sonra işsizdir. Şon Dayç isə həmin ay “Nottingem Forest”dən qovulub.

“Kristal Pelas” Premyer Liqada 10 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right