Bundesliqa: “Bayer”dən səfər qələbəsi

Almaniya Bundesliqasında IX turun son oyun gününün nəticələri məlum olub.

Newsport.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri “Köln” və “Bayer” (Leverkuzen) komandaları arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən Reyn derbisində qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qara-qırmızılar”ın heyətində Aleş Qarsiya və Patrik Şik fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə matçın son dəqiqələrində Səid El Mala vurub.

“Frayburq” doğma meydanda “Yunion”u (Berlin) qəbul edib. Ev sahibləri Rani Kediranın avtoqolu və Yuito Suzukinin dəqiq zərbəsi sayəsində 2:0 hesablı inamlı qələbə qazanıb.

Qeydə alınan nəticələr:

Almaniya Bundesliqası

IX tur

Köln – Bayer (Leverkuzen) 1:2

Qollar: Səid El Mala, 90+2 – Aleş Qarsiya, 7, Patrik Şik, 85

Frayburq – Yunion (Berlin) 2:0

Qollar: Rani Kedira, 55 (avtoqol), Yuito Suzuki, 67

Hoffenhaym – Şalke 2:1

Qollar: Fisnik Asllani, 10, Tim Lemperle, 26 – Junior Adamu, 81





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right