Şamaxı”dan yubiley heç-heçə

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü dəfə heç-heçə edib.
 
Newsport.az PFL-ə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XI turunda qeydə alınıb. Şamaxı təmsilçisi səfərdə “Sabah”la 2:2 hesablı heç-heçə edərək bir xal qazanıb.
 
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən komanda yüksək dəstədə 737-ci oyununda 200-cü heç-heçəsinə imza atıb. Bu nəticələrin 93-ü evdə, 107-si isə səfərdə qeydə alınıb.
 
Beləliklə, “Şamaxı” “Neftçi” və “Qarabağ”dan sonra Azərbaycan çempionatlarında 200 və daha çox heç-heçə edən üçüncü komanda olub.
 
Qeyd edək ki, “Xəzər Universiteti” adı ilə çıxış etdiyi dövrdə komanda ilk heç-heçəsini 1999-cu il dekabrın 5-də “Turan”la ev oyununda (0:0) qeydə alıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right