Toral Bayramovdan Türkiyədə avtoqol

Azərbaycan millisinin üzvü Toral Bayramov Türkiyə çempionatında avtoqol müəllifi olub.

Newsport.az xəbər verir ki, “Bursaspor”un formasını geyinən futbolçu “Antalyaspor”la səfər qarşılaşmasında topu səhvən öz qapısından keçirib. Hadisə ilk hissənin əsas vaxtına əlavə edilən 6-cı dəqiqədə yaşanıb. Bayramovun avtoqolundan sonra hesab 1:1-ə bərabərləşib.

Qeyd edək ki, matça start heyətində başlayan Azərbaycan millisinin üzvü 79-cu dəqiqədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right