İngiltərə Premyer Liqasında X tura start verilib.
Newsport.az xəbər verir ki, “Everton” doğma meydanda “Koventri”ni qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra qonaqlar Yann Qbohonun dəqiq zərbəsi ilə hesabı açıblar. Lakin tezliklə təşəbbüsü ələ alan “Everton” Tierno Barinin dublu və Kirnan Hyuzberi-Hollun qolu ilə qələbə qazanıb.
Qeydə alınan nəticə:
İngiltərə Premyer Liqası
X tur
Everton – Koventri 3:1
Qollar: Tierno Bari, 56, 61, Kirnan Hyuzberi-Holl, 81 – Yann Qboho, 52