Cəlal Hüseynovun komandası Rumıniya çempionatında qələbə qazandı

Rumıniya Superliqasında 15-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə UTA klubunu 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Hüseynov hesabın 0:0 olduğu 65-ci dəqiqədə meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran “Petrolul” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right