Türkiyə Superliqasında 11-ci tura start verilib.
Newsport.az xəbər verir ki, turun açılış matçında “Qaziantep” öz meydanında “Kasımpaşa”nı qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
“Qaziantep” - “Kasımpaşa” - 0:2
Qollar: Hajradinoviç, 3, Benediçzak, 21
Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran “Kasımpaşa” “Beşiktaş”ı geridə qoyaraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Qaziantep” isə 8 xalla 16-cı pillədə qərarlaşıb.