UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu

Avrokuboklardakı növbəti oyun həftəsindən sonra ölkələrin yeni reytinqi açıqlanıb.

Newsport.az xəbər verir ki, Azərbaycan 24,187 xalla 24-cü pillədə qalıb.

Ən yaxın izləyicilərdən İsrail 24,125 xalla 25-ci, Sloveniya 23,593 xalla 26-cı mövqedə qərarlaşıb.

Bu həftə Azərbaycan və İsrail təmsilçiləri məğlubiyyətlə üzləşib. “Sabah” komandası UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turunda “Vikinq”ə Norveçdə böyük hesabla uduzub – 1:4.

“Hapoel Beer Şeva” kollektivi Avropa Liqasının IV turunda Rumıniyada qəbul etdiyi Yunanıstan OFİ-sinə yenilib – 0:2.

Əvəzində “Tsele” Avropa Liqası qarşılaşmasında “Şturm”u Avstriyada məğlubiyyətə uğradıb – 3:2.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right