Azərbaycan - Latviya oyunu xorvat hakimlərə tapşırıldı

Noyabrın 8-də futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb.

Newsport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

12-ci qrupun görüşü saat 20:00-da start götürəcək.

Xatırladaq ki, yığmamız daha əvvəl qrupda Çexiyaya səfərdə uduzub (1:2), Lənkəranda heç-heçə (2:2) edib.

DÇ-2028. Əsas mərhələ. 12-ci qrup, 3-cü tur

20:00 Azərbaycan – Latviya

Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakiç
Taymkiper: Hidayət Feyzullayev (Azərbaycan)
Hakim-inspektor: Ancelo Qalante (İtaliya)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right