Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu İvan Toni İngiltərə Premyer Liqasına qayıda bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. Hücum xəttini gücləndirmək istəyən “qırmızı şeytanlar” forvardı icarəyə götürmək variantını nəzərdən keçirirlər.
Toninin “Əl-Əhli” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 20 milyon avro qiymətləndirir.
İngiltərəli futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 9 oyuna çıxıb və 12 qol vurub. O, 2020-2024-cü illərdə İngiltərədə “Brentford”un formasını geyinib.