"Dnepr"in futbolçusu Azərbaycan yığmasına dəvət edildi

Belarusun "Dnepr" klubunun oyunçusu Müzəffər Qurbanov Azərbaycanın U-21 yığmasına dəvət edilib.

Newsport.az xəbər verir ki, bu barədə Mogilev klubunun mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz U-21 yığmasının noyabrın 9-dan 17-dək Bakıda baş tutacaq toplanışında iştirak edəcək.

Komandamız hazırlıq çərçivəsində Omanın U-23 kollektivi ilə yoldaşlıq matçlarında qüvvəsini sınayacaq.

Xatırladaq ki, 2024-cü ildən “Dnepr”də oynayan Müzəffər Qurbanov bu mövsüm 5 görüşdə forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right