Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirinə start verilib.
Newsport.az-ın məlumatına görə, kişilərdən ibarət yığma komandamızın qatıldığı beynəlxalq yarışın ilk günü komandamız uğura imza atıb.
Belə ki, ötən il yığma komandanın heyətində son dünya kubokuna sahib olan, -63 kq çəki dərəcəsində mübarizəyə qatılan Sina Bahrami rəqiblərinə şans verməyərək fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Digər təmsilçimiz Məmmədalı Quliyev (-58 kq) isə yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Xatırladaq ki, turnir 3 gün davam edəcək.